Binəqədi rayonu, “Nəsimi” metrostansiyasının yaxınlığındakı yaşayış ərazisində yerləşən işıq sayğacı sakinləri həyati təhlükə ilə üz-üzə qoyub.
Bakues.az-a daxil şikayətə görə, sözügedən ərazidə sayğacın naqilləri “Azərişıq” ACS-nin əməkdaşları tərəfindən kəsilib.
Bildirilib ki, bu vəziyyət normal hal olsa da, əsas problem sayğacın yaratdığı təhlükə ilə bağlıdır. Belə ki, kəsilmiş naqillərdə yüksək elektrik cərəyanının olmasına baxmayaraq, naqillərin heç biri izolyasiya olunmayıb.
Bu isə sakinlərlə yanaşı, ərazidən keçən insanlar üçün də təhlükə yaradır.




