Bakıda mənzildə baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Xüsusi.tv-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 22-də saat 01:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən iki nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərin müalicəsi Yanıq Mərkəzində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.


