Bakıda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı

Bakıda Gürcüstan vətəndaşı yaşadığı evdə ölüb.

Xüsusi.Tv xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Gürcüstan vətəndaşı olan 47 yaşlı Rəna Məmmədova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir