Bu gün Nizami rayonu, Qara Qarayev prospekti 105 ünvanında yerləşən gözəllik salonlarından birində ağır zorakılıq hadisəsi baş verib. Məlumata görə, Həsənov Samir adlı şəxs orada çalışan Çələbiyeva Cahan adlı qadına qarşı fiziki güc tətbiq edərək ona xəsarət yetirib.
Redaksiyamıza göndərilən görüntülərdə qadının ağır fiziki şiddətə məruz qaldığı, üz və bədən nahiyələrində qan izlərinin olduğu görünür. İddiaya əsasən, bu, həmin şəxsin qadına qarşı ilk belə hərəkəti deyil və zərərçəkmiş daha əvvəl də dəfələrlə eyni şəxsin təzyiq və zorakılığı ilə üzləşib.
Məlumata görə, hadisədən sonra qadın ciddi psixoloji sarsıntı keçirib və hazırda dərin qorxu içindədir.
Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.




