Binəqədidə binada yanğın başlayıb

Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb.

Bu barədə \Xüsusi.Tv – ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir