Daha bir baş həkim işindən uzaqlaşdırıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.

Xüsusi.tv  Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, A.Bəndəliyeva Sumqayıt Şəhər 1 nömrəli Xəstəxananın Uşaq Poliklinikasına şöbə müdiri təyin edilib.