“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Xüsusi.tv xəbər verir ki, üç mərhələnin yekununda birinci yeri tutan pilot müəyyənləşib.
Ən yaxşı nəticəni “Mersedes” pilotu Corc Rassell göstərib.
“Ferrari”dən Şarl Lekler ikinci, “Maklaren”dən Oskar Piastri üçüncü yeri tutub.
İlk 10-luq belədir:
Corc Rassell (“Mersedes”)
Şarl Lekler (“Ferrari”)
Oskar Piastri (“Maklaren”)
İsak Hacyar (“Racing Bulls”)
Lando Norris (“Maklaren”)
Lyuis Hemilton (“Ferrari”)
Pyer Qasli (“Alpine”)
Maks Verstappen (“Red Bull”)
Karlos Sayns (“Williams”)
Franko Kolapinto (“Alpine”)
Qeyd edək ki, bir saat davam edən sessiya sabah keçiriləcək Qran-prinin start düzülüşünü müəyyənləşdirib




