Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Xüsusi.tv xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında iki sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.




