İlham Əliyevdən Banqladeş Prezidentinə TƏBRİK – Müstəqillik Günü münasibətilə mesaj

İlham Əliyevdən Banqladeş Prezidentinə TƏBRİK – Müstəqillik Günü münasibətilə mesaj

Xüsusi.Tv xəbər verir ki, İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

Məktub Banqladeşin Müstəqillik Günü münasibətilə göndərilib.

Təbrikdə qeyd olunub ki, Azərbaycan ilə Banqladeş arasında dostluq münasibətləri mövcuddur və bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi vacibdir. Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə inamını ifadə edib.

Dövlət başçısı məktubunda Banqladeş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar arzulayıb, dost Banqladeş xalqına isə əmin-amanlıq və rifah diləyib.