İstanbulda yaşayan iş adamı saxta investisiya oyununun qurbanı olub.
Xüsusi.Tv “Sondakika.coma”a istinadən xəbər verir ki, iş adamı süni intellektlə yaradılan saxta fotolar və yüksək gəlir vədləri ilə dələduzlara 10 milyon lirə verib.
Məlumata görə, özünü investisiya şirkəti işçisi kimi təqdim edən şübhəlilər zərərçəkəni xüsusi proqram vasitəsilə aldadaraq pullarını iki banka köçürməsini təmin ediblər. Bir müddət sonra əlaqə kəsildikdə iş adamı dələduzluğun qurbanı olduğunu anlayıb.
Hadisə ilə bağlı “mütəşəkkil dələduzluq” ittihamı ilə cinayət işi açılıb. Vəkili ictimaiyyəti bu cür fırıldaqlara qarşı diqqətli olmağa çağırıb.




