Jurnalist adı ilə etimadı sui-istifadə edən şəxs barədə hüquq-mühafizə orqanlarına müraciət olunub Şəhid xanımına qarşı “DƏLƏDUZLUQ” İDDİA

Redaksiyamıza daxil olan məlumata əsasən, şəhid xanımı Ş.Mirzəyeva dələduzluq hadisəsinin qurbanı olub. Onun etibarından istifadə edən Kərimova Günel İdaət qızı, şəhid ailəsinin maddi və mənəvi çətinliklər yaşadığı dövrdə onu aldatmaqla külli miqdarda vəsait əldə edib.

İddialara görə, Günel Kərimova şəhid xanımının bank depozitində olan vəsaitini müxtəlif yollarla çıxartdıraraq mənimsəyib. Daha sonra isə “10.000 manat, 1900 manat, 500 manat, 200 manat, 150 manat və 130 manat olmaqla, ümumilikdə təxminən 13.000 manata yaxın pul vəsaitini dəfələrlə müxtəlif bəhanələrlə şəhid xanımından aldığını bildirib. Həmçinin xanımın zinnət əşyalarınıda Lombarda qoymuş 3 dəfə krediti yenilıəmiş lakin qızıların qaytarılmasın təmin etməmişdir. Şəhid xanımı qızılarının hansı lombarda qoyulduğun xəbər alsada bununla bağlı məlumatsız qalmışdır.

Xüsusilə diqqət çəkən məqam odur ki, Günel Kərimova özünü “Zaur Vaqifoğlu” adı ilə təqdim edərək, guya tanınmış jurnalist olduğunu deyib və şəhid ailəsinin çəkdiyi əziyyətləri Tiktok sosial şəbəkəsində paylaşmaqla etibar qazanıb. Bu yolla şəhid xanımının inamını qazanaraq ondan maddi vəsait tələb edib.

Hadisə Nərimanov rayonu ərazisində baş verib və artıq Ş.Mirzəyeva tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.

Məsələ ilə bağlı hüquqi araşdırmaların aparıldığı və aldadılma faktının bütün təfərrüatları ilə araşdırılacağı bildirilir.

Redaksiyamız məsələni nəzarətdə saxlayır və rəsmi qurumlardan əlavə məlumat əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir