Məmmədli Modul Tipli Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
“Sentyabrın 17-də Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Məmmədi Modul Tipli Xəstəxanasının yerləşdiyi ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bu zaman xəstəxananın müvafiq şöbələrində elektrik enerjisi generatoru sistemi işə salınıb. Həmin müddət ərzində pasiyentlərin tibbi nəzarəti və müalicəsi davam etdirilib, tibbi xidmətin göstərilməsində hər hansı problem yaranmayıb. Hazırda elektrik enerjisinin verilişi tam bərpa olunub və xəstəxanada fəaliyyət normal qaydada davam edir


