“Xüsusi.Tv” xəbər verir ki, Bir neçə ay öncə efir qadağası qoyulan müğənni Nəfəs, özünün böyük izləyici kütləsinə malik sosial şəbəkə hesabında hərbi hissədən video və fotolar paylaşıb.
Hətta bir neçə paylaşımda onun N saylı hərbi hissədə olduğu bildirilir. Maraqlıdır ki, səsi olmayan, qeyri-etik ifadələrinə görə bir sıra müğənnilərə efir verilişlərinə qadağa qoyulduğu bir dönəmdə, bu müğənni hərbi hissəyə necə daxil olub, orada əsgər və zabitlərlə ünsiyyət qurub, hətta əyninə hərbi forma geynərək reklam xarakterli videolar çəkdirib paylaşa bilib?
Sual yaranır: Nəfəs dövlət nümayəndəsidir, yoxsa sıradan bir müğənnidir? Kim ona bu imkanları verib? Bu suallar hələ də ictimaiyyət üçün açıq qalır.







