Nabranda “Fontan” restoranında soyğunçuluq – 50 MANATA ÇAY…

Nabranda “Fontan” restoranında çay dəstgahını 50 manata təklif edirlər. Bunun adı soyğunçuluqdur! Amma bizi soya bilmədilər.
“Azərbaycan Reallığı” xəbər verir ki, bu sözləri özünün facebook hesabında tanınmış ictimai xadim Seymur Verdizadə yazıb. Onun sözlərinə görə, bir az o tərəfdə, “Maral göl” istirahət mərkəzində iki çaynik çay, mürəbbə və şokolad üçün 14 manat ödədik.
Ayıq-sayıq olaq, hüquqlarımızı bilək, alnımızın təri, gözümüzün nuru ilə qazandığımız pulları soyğunçuların ayaqları altina səpməyək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir