Qubada “Aynur Qala”da su problemi: Müştəriyə səhər yeməyi verilmədi

Qubada Aynur Hotel-də qaldıq. Otaqda gecədən su problemi var idi. Bu səbəbdən səhər yeməyinə 15 dəqiqə gecikdik və bizə yemək verilmədi.

Xüsusi.Tv xəbər verir ki, sosial şəbəkələrdə fəaliyyət göstərən “Müştəriyəm, şikayətim var” qrupunda istifadəçi Ulfat İsmayılov kompleksdə qarşılaşdığı problemlərdən şikayətlənib.
Onun sözlərinə görə, otaqda gecədən su problemi yaşanıb. Bu səbəbdən səhər yeməyinə 15 dəqiqə gecikdiklərinə görə onlara yemək verilməyib.
“Administratora izah edə bilmədik ki, əl-üz yuyulmadan süfrə arxasına oturmaq mümkün deyil. O isə bizə ‘birtəhər su tapıb yuyardınız’ cavabını verdi. Ümumilikdə xidmət çox zəifdir, problemlər həll olunmur”, – şikayətdə qeyd olunur.
İstifadəçi əlavə edib ki, “burada həm pulunuza, həm də əsəblərinizə heyifdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir