Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: “Cümə axşamını gözləyin”

Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər.

Xüsusi.tv xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.

Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansısa bir qərarın qəbul edilib-edilməməsi barədə soruşublar.

Paşinyan sualını cavablandırmaqdan imtina edərək, qısa olaraq “cümə axşamı brifinqimiz olacaq” deyə cavab verib. Onun ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə dəqiqləşdirici sualı isə Paşinyan cavabsız qoyaraq oradan uzaqlaşıb.