Xüsusi.Tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin yaydığı məlumata görə, avqustun 7-də keçirilən növbəti tədbirlər zamanı polis əməkdaşları tərəfindən Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında aparılan əməliyyat-axtarış nəticəsində qanunsuz dövriyyədə olan müxtəlif silah-sursatlar aşkarlanaraq götürülüb.
Belə ki, ümumilikdə 1 ədəd əl qumbarası, 5 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 31 ədəd müxtəlif çaplı patron aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.Qanunsuz silah saxlayan şəxslərlə bağlı araşdırmalar aparılır.
Əməliyyat tədbirləri çərçivəsində silahların haradan və necə əldə edildiyi, mümkün cinayət əlaqələrinin olub-olmaması müəyyənləşdirilir.
DİN vətəndaşlara çağırış edərək bildirir ki, hər hansı qanunsuz silah, sursat və partlayıcı maddə ilə bağlı məlumatı dərhal hüquq-mühafizə orqanlarına bildirsinlər.




