Polis 34 kiloqram narkotik və 3 tonluq çətənə plantasiyasını aşkarlayıb

Xüsusi.Tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 7-də böyük miqdarda narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb.

Əməliyyat zamanı ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 117 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.Bundan əlavə, yabanı halda bitmiş, ümumi çəkisi 3 tona yaxın olan 4922 ədəd çətənə kolu da aşkarlanaraq hüquq-mühafizə orqanlarının nəzarəti altında məhv edilib.

Daxili İşlər Nazirliyi bildirib ki, narkotiklərlə mübarizə istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. Əməliyyatlar çərçivəsində həm narkotik maddələrin qanunsuz dövriyyəsi, həm də çətənə plantasiyalarının aşkar olunaraq məhv edilməsi əsas prioritetlərdəndir.

Qanun pozucularının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir