Qanunsuz Stomotoloq Fəaliyyəti: Aynur Dəmirova ilə Bağlı Şok İddialar!

Sosial şəbəkələrdə Dr.aynur_damirova adı ilə tanınan Aynur Dəmirovanın stomatoloq kimi fəaliyyəti ciddi suallar doğurur.

Xüsusi.Tv-yə daxil olan məlumatda bildirilir ki, Aynur Dəmirovanın stomatoloq fəaliyyəti üçün heç bir rəsmi sənədi yoxdur. Onun rəhbərlik etdiyi Dental Butik adlı klinikanın isə lisenziyasız fəaliyyət göstərdiyi iddia olunur.Məlumatı verən anonim mənbənin sözlərinə görə, bu şəxsin sosial şəbəkələrdə aktiv şəkildə reklam və qəbul aparması, əslində xəstələrin sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

İnanırıq ki, Xüsusi.Tv tərəfindən yayımlanan bu məlumatdan sonra Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi dərhal hərəkətə keçəcək, məsələ araşdırılacaq və qanunamüvafiq tədbirlər görüləcək.

Xüsusi.Tv olaraq mövzuya qayıdacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir