Ağstafa rayonunda kafedə xəsarət alan iki qardaş evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 5-də gecə saat 3 radələrində 2 nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2003-cü il təvəllüdlü şəxsə sağ əlin kəsilmiş yarası, 2005-ci il təvəllüdlü şəxsə isə boyun nahiyəsinin kəsilmiş yaraları, sağ əlin və qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


