Qubada sərxoş kişi qəbiristanlıqda öldü

Quba rayonunda spirtli içki qəbul edən şəxs qəbiristanlıqda ölüb.

Oxu.Az-ın xəbərinə görə, hadisə noyabrın 11-də rayon ərazisindəki məzarlıqda baş verib. Rayonun Cimi kənd sakini, 1976-cı il təvəllüdü E.Qədirovun meyiti qəbiristanlığın girişində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Məlumata görə, E.Qədirov tüfeyli həyat tərzi keçirirmiş və hadisə zamanı içkili olub.

Faktla bağlı araşdırma aparılır.