Qusarda “Mercedes” dərəyə aşdı – 5 nəfər yaralandı

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xüsusi.Tv xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir