Serj Sarqsyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Məhkəmə Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın ölkədən çıxışına qoyulan qadağanı ləğv edib.

Xüsusi.Tv xəbər verir ki, bu barədə yerli mətbuat Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə istinadən məlumat yayıb.

Məlumata görə, ötən ilin noyabrında Sarqsyana qarşı cinayət işi başlanılıb.

Keçmiş prezident 1998-2010-cu illərdə Rusiyada yaşayan iş adamı Mixail Baqdasarovdan xüsusilə külli miqdarda rüşvət tələb etməkdə və almaqda ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir