Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar 

Görkəmli azərbaycanlı alim, ilahiyyatçı-filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam və Xocalı şəhərinə səfərdən sonra Xankəndi şəhərində olublar.

Xüsusi.tv  xəbər verir ki, qonaqlar əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanı və Zəfər parkı ilə tanış olublar. Onlara Zəfər meydanı və Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və Azərbaycan xalqının qəhrəmanlığının əbədiləşdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib.

Daha sonra nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara Xankəndinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulduğu, yeni infrastrukturun yaradılması, yaşayış və sosial obyektlərin inşası, eləcə də həyata keçirilən digər layihələr barədə məlumat verib. Qeyd olunub ki, Xankəndidə aparılan bərpa və quruculuq işləri çərçivəsində şəhərin tarixi simasının qorunması ilə yanaşı, müasir və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına xüsusi diqqət yetirilir.

Konfrans iştirakçıları Xankəndidə görülən işlərlə tanışlıqdan məmnunluqlarını ifadə edib, şəhərdə yaradılan şərait və həyata keçirilən layihələrlə bağlı fikirlərini bölüşüblər. Qonaqlar sonra Şuşa şəhərinə yola düşüblər.