Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
Xüsusi.tv AZƏRTAC-a istinadən xəbər verir ki, ümummilli liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.

