Tbilisidə bir neçə saat dağıntılar altında qalan azyaşlı sağ tapıldı

Xilasedicilər Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından 8 saat sonra dağıntıları altından bir uşağı sağ çıxarıblar.

Xüsusi.tv xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində dörd nəfər, o cümlədən 11 yaşlı uşaq xəsarət alıb. Hadisə baş verən an mənzillərində olan daha altı nəfərin axtarışları isə davam etdirilir. İtkin düşənlər arasında iki uşaq da var.

Tbilisi meri Kaxa Kaladze və daxili işlər naziri Sulxan Tamazaşvili səhər saatlarından etibarən hadisə yerindədirlər.