Ötən gün Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.
Bizimesr.az-ın məlumatına görə, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.
Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.
Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.
Qeyd edək ki, Anar Əlizadə həm də Rövnəq Abdullayevin dayısı oğludur.






