”Vətəndaş Nurlan Babayev Daxili işlər nazirliyinə müraciət etdi”

Redaksiyamıza müraciət edən Babayev Nurlan Tapdıq oğlu bildirir ki, uzun müddətdir həyatına təhlükə yaradan, şantaj və hədə-qorxu ilə onu məcbur edən şəxslər tərəfindən dəfələrlə təhdid edilib. Onun sözlərinə görə, bu qanunsuz əməllərin mərkəzində Məmmədli kənd məktəbində ingilis dili müəllimi işləyən Cəfərova Şəbnəm Sabir qızı dayanır.

Vətəndaşın iddiasına görə, Şəbnəm Cəfərova illərdir müxtəlif yollardan istifadə edərək onu şantaj edir, hədə-qorxu gəlir və tək bu foto şəkilu mənə ataraq 33 min manat pulunu ələ keçirib. Babayev Nurlan qeyd edir ki, həmin şəxs ona qarşı davamlı olaraq böhtanlar uydurur, şərəf və ləyaqətinə xələl gətirməyə çalışır.

Nurlan Babayev bildirir ki, adıçəkilən müəllim hal-hazırda Cəbrayıl Amanov adlı şəxslə qeyri-rəsmi münasibətdə yaşayır. O, əlavə edir ki, bu şəxslərin fəaliyyəti yalnız şəxsi həyatına deyil, həm də ailəsinə zərbə vurub – dəfələrlə ailə üzvləri narahat edilib, 102 qaynar xəttinə müraciət etmək məcburiyyətində qalıblar.

Müraciətçi vurğulayır ki, təkcə Şəbnəm Cəfərova deyil, onun əlaltıları da aktiv şəkildə bu prosesdə iştirak edirlər. Onun sözlərinə görə, Quliyev Əfqan Fəqan oğlu (Ucar rayon sakini) və əvvəllər DTX əməkdaşları tərəfindən həbs olunmuş Həsənov Sərdar Güloğlan oğlu (Ağsu rayon sakini) də hədə-qorxu və təhdidlərdə əsas rol oynayırlar.

Şikayətçi qeyd edir ki, həmin şəxslər dəfələrlə ev ünvanına gələrək onu ölümlə təhdid ediblər, hətta narkotik vasitələr yerləşdirərək həbs etdirmək planlarından açıq şəkildə danışırlar.

Hazırda:

Yasamal Rayon Polis İdarəsində bu şəxslərlə bağlı istintaq işləri aparılır;

15-ci Polis Bölməsində dələduzluq əməllərinə dair araşdırma gedir;

Sabunçu Rayon Prokurorluğuna isə onu ölüm həddinə çatdırdıqları üçün rəsmi ərizə ilə müraciət olunub.

Nurlan Babayev deyir:

“Mən artıq psixoloji cəhətdən sarsıntı keçirirəm. Hər an həyatım təhlükə altındadır. Mən sahibkaram, fəaliyyətimi daim dövlət qanunlarına uyğun qurmuşam. Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstəyi hər zaman alqışlamışam. Amma mənim fəaliyyətimə bu cür qanunsuz müdaxilələr, təhdidlər davam edir. Cənab nazirimiz Vilayət Eyvazovdan xahiş edirəm, məsələni nəzarətə götürsün. Bakı Şəhər Baş Polis İdarəsindən də xahiş edirəm, məni dəvət edib hüquqi addımlarla yardım göstərsinlər.”

İctimaiyyət haqlı olaraq soruşur: Necə ola bilər ki, bir müəllim – gələcəyin gənclərinə dərs keçən şəxs – şantaj, hədə-qorxu və pul tələb etməklə məşğul olsun? Təhsil Nazirliyi belə hallara niyə göz yumur?

Müəllimlik nümunəvi davranış və savad tələb edir. Əgər müəllim adı altında fəaliyyət göstərən şəxslər şantaj və dələduzluqla məşğuldursa, bu, təkcə ayrı-ayrı vətəndaşların yox, bütövlükdə təhsil sisteminin nüfuzuna zərbədir.

Hazırda Babayev Nurlan Tapdıq oğlunun müraciəti əsasında hüquq-mühafizə orqanlarında araşdırmalar davam edir. İctimaiyyət isə gözləyir ki, məsələ köklü şəkildə həll olunacaq və şantaj, hədə-qorxu ilə məşğul olan şəxslər qanun qarşısında cavab verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir