Zəmanət kağız üzərində qalır? “Baku Electronics” müştəridən əsassız ödənişlər tələb edir

Şikayətçinin sözlərinə görə, o, Baku Elektroniks mağazalar şəbəkəsindən 800 manat dəyərində robot tozsoran alıb.

“Xüsusi.Tv” xəbər verir ki, Məhsulun zəmanət müddəti hələ bitməmiş tozsoran sıradan çıxıb. Vətəndaş cihazı servis mərkəzinə aparıb və ona yalnız təmizlənmə aparılacağı bildirilib. Bu xidmət üçün 40 manat ödəniş edilib.

Lakin aradan cəmi 10 gün keçməmiş tozsoran yenidən xarab olub. Müştəri cihazı təkrar təmir üçün servisdə təqdim etdikdə isə bu dəfə ondan əlavə ödənişlər tələb olunub. Servis əməkdaşları zəng edərək bildiriblər ki, diaqnostika üçün 25 manat, ustanın təmir işi üçün isə 70 manat ödəməlidir.

Vətəndaş buna etiraz edərək məhsulun zəmanətdə olduğunu xatırladıb. Lakin ona cavab olaraq bildirilib ki, “zəmanətin bu problemə heç bir aidiyyəti yoxdur”. Şikayətçi sual edir: əgər zəmanət belə halları əhatə etmirsə, o zaman bu zəmanət nəyə lazımdır?

Narazılıq bununla da bitmir.

Vətəndaş bildirir ki, robot tozsoranın mobil telefon vasitəsilə idarə olunması üçün də ondan əlavə olaraq 30 manat “quraşdırma haqqı” tələb olunub. Halbuki bu funksiyanın məhsulun tərkib hissəsi olduğu düşünülür.

Müştəri bütün bu halları istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir və Baku Elektroniksin müştərilərə təqdim etdiyi zəmanət şərtlərinin şəffaf olmadığını iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir