Mədəniyyət evinin müdiri nə vaxtdan jurnalist oldu?” – Mətbuat medalı Kürdəmirə çatdı

Kürdəmir rayon Mədəniyyət Evinin müdiri Yaqut Əşrəfova “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilib. Maraqlıdır ki, ona təqdim olunan vəsiqənin üzərində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun imzası yer alır.
“Azərbaycan Reallığı” xəbər verir ki, cəmiyyətdə haqlı sual doğuran məqam da məhz budur:
mədəniyyət evinin direktoru nə vaxtdan jurnalistika fəaliyyəti ilə məşğul olur? Axı sözügedən medal Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərə və media sahəsində əməyi olan şəxslərə verilməlidir.
Əgər bu təltif mədəniyyət sahəsindəki fəaliyyətə görədirsə, o zaman medalın adı və mahiyyəti ilə uyğunluq haradadır? Yox, əgər Yaqut Əşrəfovanın ictimaiyyətə açıqlanmayan jurnalist fəaliyyəti mövcuddursa, bu barədə açıq məlumat verilməsi daha doğru olmazdımı?
Bu cür qeyri-müəyyən və suallar doğuran təltiflər həm yubiley medalının nüfuzuna xələl gətirir, həm də illərini bu peşəyə sərf etmiş, real jurnalist fəaliyyəti göstərən media nümayəndələrinin əməyini kölgədə qoyur.
Medianın İnkişafı Agentliyi isə bu məsələlərə aydınlıq gətirməli, cəmiyyətə izah verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir