Bakının böyük bir ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq.

Xüsusi.tv xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. 07.10.2026-cı il tarixində səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.