Xüsusi.tv xəbər verir ki, gənc və məşhur ifaçı Rovik Səfərov növbəti dəfə musiqisevərləri sevindirdi. Bu dəfə o, Fatimə Məmmədli ilə birlikdə oxuduğu “Bir Vaxtlar” adlı duetini dinləyicilərin ixtiyarına verib.
Mahnı bu gün yayımlanıb və artıq sosial şəbəkələrdə trend olmağa başlayıb. İfaçılar mahnı vasitəsilə keçmiş xatirələrə toxunaraq emosional bir atmosfer yaradıb. Dinləyicilər duetə yüksək qiymət verir və “iliyinədək işləyən ifa” kimi rəy bildirirlər.Yeni ifanı YouTube platformasında “Rovik-Fatime Bir Vaxtlar 2025” yazaraq asanlıqla tapa bilərsiniz.
Qeyd edək ki, həm Rovik, həm də Fatimə gənc nəsil arasında sevilən simalardandır və bu duet onların ilk əməkdaşlığıdır. Musiqi mütəxəssisləri bu mahnının yay aylarına damğa vuracağını proqnozlaşdırır.




