Vətəndaş Babayev Nurlan Tapdıq oğlu video müraciətlə çıxış edərək üzləşdiyi ağır durum barədə dövlət qurumlarına səslənib.
O, müraciətində bildirir ki, uzun müddətdir şantaj, hədə-qorxu və dələduzluq əməllərinə məruz qalır. İddiasına görə, bu işdə Məmmədli kənd məktəbində ingilis dili müəllimi işləyən Cəfərova Şəbnəm Sabir qızı və onun əlaltıları – Quliyev Əfqan Fəqan oğlu ilə əvvəllər həbs olunmuş Həsənov Sərdar Güloğlan oğlu fəal iştirak edirlər.
Nurlan Babayev qeyd edir ki, adıçəkilən şəxslər dəfələrlə ona hədə-qorxu gələrək 33 min manat pulunu ələ keçiriblər, həmçinin onu ölümlə təhdid ediblər. Hətta ev ünvanına narkotik vasitələr qoyaraq onu həbs etdirmək planlarından açıq şəkildə danışdıqlarını da vurğulayıb.
Vətəndaşın sözlərinə görə, hazırda məsələ ilə bağlı:
Yasamal Rayon Polis İdarəsində istintaq aparılır,
15-ci Polis Bölməsində dələduzluq əməlləri araşdırılır,
Sabunçu Rayon Prokurorluğuna isə ölüm həddinə çatdırılma faktı ilə bağlı ərizə verilib.
Nurlan Babayev videomüraciətində xüsusi olaraq Cənab Prezident İlham Əliyevə, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə səslənərək, həyatının təhlükədə olduğunu, ailəsinin dəfələrlə təhdid edildiyini və 102 qaynar xəttinə müraciətlər etdiklərini bildirib.
O, dövlət qurumlarından məsələni nəzarətə götürməyi və hüquqi müdafiə təmin edilməsini xahiş edir.
Müraciətin sonunda Babayev Nurlan vurğulayıb:
“Mən sahibkaram, fəaliyyətimi qanun çərçivəsində qurmuşam. Lakin mənim həyatımı şantaj, böhtan və hədə-qorxu ilə məhv etmək istəyirlər. Mən Cənab Prezidentimizə və dövlət orqanlarına güvənirəm və inanıram ki, bu cinayətkar fəaliyyətə son qoyulacaq.”
Hazırda hüquq-mühafizə orqanlarında araşdırmalar davam edir. Vətəndaş isə ümid edir ki, müraciəti cavabsız qalmayacaq və təhdidlərə qarşı qəti addımlar atılacaq.




