Aparıcı Zaur Nəbioğlu-na (ATV) şiddətli töhmət verilib.

Azərbaycan televiziya məkanında diqqətçəkən qərar qəbul edilib. Aparıcı Zaur Nəbioğlu-na (ATV) şiddətli töhmət verilib.

Xüsusi.Tv xəbər verir ki, məlumata görə, qərar son vaxtlar efirə dəvət olunan bəzi qonaqlar və müzakirə mövzuları ilə bağlı yaranan narazılıqlardan sonra qəbul olunub. Bildirilir ki, bundan sonra proqramlara çağırılan qonaqların seçimi daha ciddi nəzarət altında olacaq və redaksiya heyəti tərəfindən əvvəlcədən daha diqqətlə araşdırılacaq.

Eyni zamanda, Elgiz Əkbər-in ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişinin canlı yayımı dayandırılıb. Qeyd olunur ki, proqramın canlı formatı müəyyən müddətlik ləğv edilib və efir siyasətində dəyişiklik edilib.

Digər tərəfdən, aparıcı Tarix Əliyev-ə (Space TV) bu həftədən etibarən canlı efir qadağası tətbiq olunmuşdu. Bu səbəbdən verilişlər əvvəlcədən lentə alınaraq hazırlanıb. Məlumata əsasən, həmin proqramlar həftə sonuna qədər yayımlanacaq və aparıcı cümə günü tamaşaçıları ilə sağollaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir