Xüsusi.Tv-nin əldə etdiyi məlumata görə, tanınmış müğənnilər Kəmalə Günəşli və Ofelya Şabanova barədə efir məhdudiyyəti tətbiq edilib.
Məlumatda bildirilir ki, qərar son günlər sosial şəbəkələrdə və televiziya proqramlarında yayımlanan çıxışlarla bağlı aparılan müzakirələrdən sonra verilib. Efir qadağasının hansı müddəti əhatə etdiyi və bütün televiziya kanallarına şamil olunub-olunmadığı hələlik dəqiqləşdirilir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.
Xüsusi.Tv olaraq mövzunu diqqətdə saxlayırıq.
Rəsmi açıqlama və yeni detalları təqdim edəcəyik.




