Ağstafa şəhər, Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır.
Bu məlumat Xüsusi.tv sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilib.
“Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, – deyə məlumatda vurğulanıb.




