Xüsusi.Tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kağız istehsalı, avtomobil yağı qablaşdırılması sexləri və dam örtükləri anbarında yoxlama keçirib.
Yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulduğu, insan həyatı və əmlak üçün birbaşa təhlükə yaratdığı müəyyən olunub. Obyektlərdə siqnalizasiya sistemi, ilkin yanğınsöndürmə vasitələri və elektrik təsərrüfatı qaydalara uyğun olmayıb, təxliyə planları isə ümumiyyətlə hazırlanmayıb.
Mövcud vəziyyətin faciəyə səbəb ola biləcəyi nəzərə alınaraq, həmin sex və anbarların fəaliyyəti rəsmi qərarla dayandırılıb




