Bərdədə istifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlanıb

Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən, İmaməddin Məhərrəm oğlu Əliyevə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirilib

Xüsusi.Tv məlumat verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir