Cəlilabad rayonunda zəhərlənmə olub.
Manset.az xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.Belə ki, Biləsuvar rayonunda əsgər yolasalma qonaqlığında iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrinin İdarə etmə Birliyindən bildirildi, Sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xüsusi.tv xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

