Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın 1 saylı Körpələr Evindən uşaqların ərzaqlarının maşınlarla aparılmasını əks etdirən videosu yayılandan sonra həmin xəstəxananın direktoru Nəhayət Əliyeva criminal.az saytına müsahibə verib. Axşam.az xəbər verir ki, direktor müsahibəsində videoda əks olunan görüntülərin, əslində, oğurluq deyil, gözətçisinin yorğan-döşəyi olduğuna inandırmağa çalışıb.\”Aysun oranı \”priton\”a çevirib\” \”Yetimin çörəyin yemək əclaflıqdır\” deyən N.Əliyeva həmin videonu yayan A.İsmayılovanın ünvanına sərt ifadələr işlədib: \”Həmin Aysun müğənni Rəqsanənin qızıdır. Rəqsanə bilmirəm harda qalır, amma qızı nənəsi ilə bizim iş yerinin həyətində kirayədə yaşayırlar. Oranı da pritona çevirib. Belə adamların sözünə inanmaq düzgün deyil axı. Bu qız mənə şər atır, yalandan paylaşım edir. Mən indi sabah bunu məhkəməyə verim, bu da bilsin. Sosial şəbəkələrdən elə də başım çıxmır. Ali savadlıyam, şoulara baxmıram. Aysunun yaydığı videonu da mənə idmançı Kamil Zeynallı göndəribdi. Özümün xəbərim yox idi. Evimdə yetimin, şikəstin şəkillərini çəkib sizə göndərsəm, dəhşətə gələrsiniz. Gecə-gündüz o uşaqları uşaqlarımla yatızdırıram.Türkiyə və Almaniyadan belə gedib onlara yardım edirəm. Nə vaxt Bakıya qonaqlar gəlsə, bizim körpələr evinə gətirirlər. Çünki məndə həmişə vəziyyət qaydasında olur. İki dəfə işçi çıxartmışam, 200 qram ətə görə\”.N.Əliyevanın dediklərinə Aysunun cavabı gecikməyib. O bildirib ki, N.Əliyeva törətdiyi əməlin altından çıxa bilmədiyindən şər-böhtan atır: \”Onun belə bir sübutu var ki, mən mənzilimdə əxlaqsızlıq edirəm? O adam yaşından-başından utanmırmı? Mənim və ailəm haqda nəsə desə onunla başqa cür danışaram. Aidiyyəti orqanlara yazaram ki, o, məni şərləyir. Bu insan yayılan videoların altından çıxa bilmir, başqa yollara əl atır. O zaman mən susmaram. Sən kimsən ki, mənim haqqımda belə danışırsan? Allaha şükür ki, bütün qonşular bizi tanıyır. Bu evdə bacımın dayəsi var, ailə dostlarımız var ki, hər gün bizdə olurlar. Bunun sübutu yoxdursa, mən ona böyük problemlər yaradaram.
”Müstəqil.Az”




