Yevlaxda təcili yardım avtomobili piyadanı vurub öldürdü

Yevlax rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

Xüsusi.Tv-nin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu keçmək istəyən qadını vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir